Modern.az

Yəməndə prezident sarayı yerlə-yeksan edildi

Yəməndə prezident sarayı yerlə-yeksan edildi

Aktual

7 May 2018, 15:14

Səudiyyə Ərəbistanın rəhbərliyi altındakı koalisya qüvvələri Yəmənin prezident sarayına zərbə endiriblər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Səna şəhərində yerləşən prezident sarayına iki dəfə hava hücumu təşkil olunub. Şahidlərin verdiyi məlumatlara əsasən, hücumlar nəticəsində  sarayın bir hissəsi sökülüb. Ölü və yaralılar var. Ancaq hələ bu haqda rəsmi məlumat verilməyib.

 

Qeyd edək ki, Yəməndə illərdir siyasi qeyri-sabitlik hökm sürür. 2014-cü ildə qanuni hökümətə qarşı çıxan husilər Səna və ona yaxın ərazilərin hakimiyyətini öz əlində saxlayır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza