Modern.az

Yaponiya 73 il sonra Rusiya ilə sülhə yaxındır

Yaponiya 73 il sonra Rusiya ilə sülhə yaxındır

Aktual

7 May 2018, 15:16

Yaponiya hökuməti əmindir ki Rusiya ilə münaqişəli adalarla bağlı razılıq əldə oluna və sülh bağlana bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabineti Baş katibi Yoşihide Suqa bildirib.

 

“Gələcək əməkdaşlığa can atan Yaponiya və Rusiya ərazi məsələsini həll edə və sülh müqaviləsi bağlaya biləcək” – Suqa bildirib.

 

Baş katib Rusiyada Vladimir Putinin yenidən prezident seçilməyinə işarə edərək vurğulayıb ki, Yaponiya Şimal əraziləri məsələsinin və sülh bərqərar olunması ilə bağlı sıx və aktiv danışıqlar aparacaq.

 

Qeyd edək ki, Yaponiyada Kuril ada zəncirinin cənub adalarını Şimal əraziləri adlandırılar.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza