Modern.az

Brüssel İranla nüvə razılaşmasını pozmaq istəmir

Brüssel İranla nüvə razılaşmasını pozmaq istəmir

Aktual

7 May 2018, 15:34

Avropa Birliyi İranla “nüvə razılaşması”nın tam reallaşdırılmasının tərəfdarıdır.

 

Modern.az xəbər verir ki bu barədə bazar ertəsi Avropa Birliyinin Xarici Siyasət xidmətinin nümayəndəsi Mayya Kosyançiç bildirib.

O, bazar ertəsi keçirilən mətbuat konfransında bu barədə danışıb.

 

“Biz aydın şəkildə bildirdik ki, Avropa İttifaqı müqavilənin tam həyata keçirilməsinə sadiq qalmağa davam edəcək və bu mövqe dəyişməyəcəkdir. AB mövqeyində heç bir dəyişiklik yoxdur” – Kosyançiç bildirib.

Nümayəndə həmçinin müqavilənin qüvvədə olduğunu və nəticələr verdiyini vurğulayıb.

Kosyançiç Beynəlxalq Atom Enerjisi Agentliyinin artıq 10 dəfə bu barədə bildirdiyinə də diqqət çəkib.

 

Qeyd edək ki, İsrail baş naziri Binyamin Netanyahu “İranın nüvə arxivləri” adlı 55 min səhifə və 55 min fayldan ibarət sənədləri dünya ictimaiyyətinə açaraq İranı Nüvə silahı istehsalını davam etdirməkdə ittiham edib. ABŞ prezidenti Donald Tramp isə hazırki “nüvə razılaşması”nın şərtləri ilə razı olmadığını xatırladaraq bu şərtlərin dəyişdirilməsinin tərəfdarı olduğunu bildirib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza