Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balanasında olan modul tipli sutəmizləyici qurğular martın 1-dən “Azərsu” ASC-nin balansına verilib.
Bu barədə Modern.az-a danışan qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Azərbaycan rayonlarında olan 460 ədəd modul tipli sutəmizləyici qurğu vasitəsilə 481 kəndə xidmət göstərilir:
“Həmin kəndlərin təxminən 690 min əhalisi var”.
A.Cəbrayıllı bildirib ki, təmsil etdiyi qurum tərəfindən həmin kəndlərdən supulu yığılmır:
“Ümumi istifadə üçün bulaqlar qoyulub. Elektrik enerjisi xərcləri dövlət hesabına ayrılan vəsait hesabına ödənilir”.