Ermənistanın keçmiş prezidenti Robert Koçaryan hakim Respublika partiyasının seçiminə təsir edə bilməz.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə hakim fraksiyanın rəhbəri Baqram Baqdasaryan bildirib.
O mətbuatda “Respublika” partiyasının müxalifət lideri Nikol Paşinyanı dəstəkləməsi seçiminə keçmiş prezident Robert Koçaryanın təsir etdiyi barədə yayılan məlumatlara şərh verərək:
“Sizdən xahiş edirəm, bizim keçmiş prezidentlərimizi rahat buraxın. Onlar heç cür bizim partiyanın seçimlərinə təsir göstərə bilməzlər” – Baqdasaryan bildirib.
Qeyd edək ki, hakim partiya mayın 3-də keçirilən seçimlərdə müxalifət lideri Nikol Paşinyanın seçiminin əleyhinə səsə vermişdi. Daha sonra isə onlar seçimlərini dəyişərək mayın 8-də keçiriləcək seçimlərdə onun lehinə səs verəcəklərini bildiriblər.
Əvəz ZEYNALOV