Modern.az

Nazir Etika Məcəlləsi hazırlatdırıb

Nazir Etika Məcəlləsi hazırlatdırıb

Təhsil

20 Avqust 2011, 13:44

İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin davamı olaraq nümunəvi Korporativ Etika Məcəlləsi hazırlanıb. Kommersiya təşkilatlarının korporativ idarə edilməsinin təkmilləşdirilməsinə yardımçı olmaq, təşkilatların fəaliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına köməklik göstərmək məqsədilə yaradılmış Korporativ Etika Məcəlləsi İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az saytında yerləşdirilib.

Modern.az nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, Məcəllədə şirkətin uzunmüddətli və qısamüddətli məqsədi, vacib hesab etdiyi qlobal dəyərlər, tərəfdaşlarla münasibətlər, əməkdaşların şirkət daxilində davranış qaydaları və s. kimi məsələlər öz əksini tapıb. Snədin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin nüfuzlu şirkətlərinin bu sahədəki təcrübəsi öyrənilib, Korporativ Etika Məcəlləsinin tətbiqinin müəssisədə yaradacağı üstünlüklər araşdırılıb.

Dünya təcrübəsi göstərir ki, tətbiq edilməsi tövsiyə xarakterli olan Korporativ Etika Məcəlləsi şirkətlərin yüksək etibarlılıq əldə etməsində, qeyri-etik davranışa malik olan əməkdaşlardan və tərəfdaşlardan müdafiə olunmaqda, professional fəaliyyətə, yüksək məhsuldarlığa və rəqabət üstünlüklərinə nail olmaqda, daha çox kapital qoyuluşu, kredit və xarici sərmayələrin cəlb edilməsində, həmçinin şirkətlərin beynəlxalq səviyyədə tanınmasında əhəmiyyətli rola malikdir.

Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən şirkətlərə Korporativ Etika Məcəlləsindən istifadə tövsiyə edilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım