Modern.az

Rusiya XİN-i Ermənistandakı vətəndaşlarına xəbərdarlıq ETDİ

Rusiya XİN-i Ermənistandakı vətəndaşlarına xəbərdarlıq ETDİ

7 May 2018, 17:13

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın paytaxtı Yerevanda olan Rusiya vətəndaşlarına izdihamlı yerlərdən çəkinməyi məsləhət görüb.

 

Modern.az xəbər verir ki bu barədə nazirliyin “Twitter” hesabında yazılıb.

“mayın 8-də Yerevanda həmçinin Parlament binası ətrafında etirazçıların aktivliyi istisna deyil. İçtimai nəqliyyatın işində ləngimələr gözlənilir, izdihamlı yerlərdən çəkinmək məsləhət görülür” – Rusiya Xarici İşlər Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin şöbəsinin “Twitter” hesabında bildirilib.

 

Qeyd edək ki, mayın 8-də Ermənistanın paytaxtı Yerevanda Parlamentdə baş nazirin seçilməsi ilə əlaqədar müxalifət lideri Nikol Paşinyanın tərəfdarlarının etirazlar keçirəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza