Modern.az

"Azərbaycan" qəzetini çaşdıran hakim Ənvər Seyidov səhvini düzəltdi

"Azərbaycan" qəzetini çaşdıran hakim Ənvər Seyidov səhvini düzəltdi

Təhsil

20 Avqust 2011, 15:08

Avqustun 19-da “Azərbaycan” qəzetində məşhur hakim Mənsur İbayevin öldüyü barədə xəbərin, daha doğrusu başsağlığının dərc olunması ortalığı qarışdırdı: "Ənvər Seyidov ailəsi ilə birlikdə yaxın dostu Mənsur İbayevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir" .

2003-cü il prezident seçkisindən sonra müxalifət lidelərinə iş kəsən məhkəmə hakimi Mənsur İbayevə verilən başsağlığı ildırım sürətilə internet saytlarına yol tapdı. Modern.az da daxil olmaqla bir sıra xəbər portalları məşhur hakimin vəfat etməsi barədə məlumatı təqdim edib az sonra onu silməli oldular. Çünki Mənsur İbayev sapsağlam imiş…
Məlum oldu ki, təqaüddə olan hakim Mənsur İbayev sağ-salamatdır və Kislovodskda dincəlir.
"Azərbaycan" qəzetinin redaksiyası bildirdi ki, başsağlığı mətni redaksiyaya hazır göndərilib. Demə səhvi başsağlığını yazan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidov edibmiş. Yanlışlığın məsuliyyəti redaksiyanın deyil. Ə.Seyidovun üzərində qaldı. Bununla belə, qəzet rəhbərliyi yanlışlıqdan xəbər tutan kimi Mənsur İbayevlə əlaqə saxlayıb və üzrxahlıq edib.

Modern.az saytının məlumatına görə, “Azərbayacan” qəzeti bu gün Ənvər Seyidovun düzəliş etdiyi başsağlığını təkrar dərc edib: “Ənvər Seyidov ailəsi ilə birlikdə Mənsur İbayevə əzizi ADPU-nun coğrafiya və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin dekanı Mustafa Cahan oğlu Əliyevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir" .


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım