Rusiya prezidenti Vladimir Putinin yeni limuzininin adı məlum olub.
Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, yeni limuzinin adı “Senat-Limuzin” olacaq.
Yeni prezident korteji haqda filmin müəllifi Dimitri Şuqorevin söylədiklərindən həmin maşının Rusiyada istehsal olunduğu da məlum olub.
“Bu həmin “Aurus” avtomobil ailəsidir. “в776ус 77” nömrəli gördüyünüz bu avtomobil “Aurus” ailəsinin tacıdır. Limuzinin “Senat-Limuzin” adlandırılıb” – Şuqorov “Rusiya 24” kanalında prezident maşını haqda danışıb.
Onun sözlərinə görə bu ailədən olan sedan maşını isə “Senat” adını alıb.
Maşının uzunluğu 6 m 62 sm, hündürlüyü 1,695 m, eni 2 m, avtomobilin altının yerdən hündürlüyü 20 sm-dir.
Əvəz ZEYNALOV