Modern.az

Əfv Komissiyasının növbəti iclası keçirilib

Əfv Komissiyasının növbəti iclası keçirilib

7 May 2018, 17:58

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda 100-dən çox müraciətə baxılıb. Beləliklə, ümumilikdə, baxılan müraciətlərin sayı 900-ə çatıb. Xatırladaq ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza