Modern.az

Soğanlıqda polisin xüsusi əməliyyatı - 7 NƏFƏR HƏBS OLUNDU

Soğanlıqda polisin xüsusi əməliyyatı - 7 NƏFƏR HƏBS OLUNDU

7 May 2018, 18:35

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonu və Tbilisinin şəhərinin Poniçala (Soğanlıq) qəsəbəsində aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində 7 nəfər narkotik alverçisi saxlanılıb.

Modern.az bildirir ki, apa-nın Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadla verdiyi xəbərə görə, saxlanılan şəxslərin mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olduqları müəyyən edilib.

Onların evində axtarış zamanı aşkar olunmuş narkotik vasitələr maddi sübut kimi müsadirə olunub.

Gürcüstan DİN külli miqdarda narkotik vasitələrin saxlanılması, alınması və satılması maddəsi üzrə istintaq aparır. Saxlanılan şəxsləri 8 ildən 20 ilədək həbs cəzası gözləyir.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza