Mayın 12-də ABŞ lideri Donald Tramp nüvə razılaşması ilə bağlı Ağ Evin rəsmi mövqeyini açıqlayacaq.
Modern.az “New York Times”a istinadən xəbər verir ki, Tramp bu gün ABŞ-ın nüvə sazişindən çıxdığını açıqlayacaq.
Avropalı diplomatlar qəzetə bildiriblər ki, onlar ABŞ prezidentini sazişin ləğvinin Qərblə Tehran arasında qarşıdurmanı daha da dərinləşdirəcəyi fikrinə inandıra bilməyiblər. Onların rəyinə görə, sazişin qüvvədə qalması ehtimalı çox cüzidir.
Ötən axşam Tramp nüvə razılaşması ilə bağlı qərarını mayın 8-i axşam saat 10-da açıqlayacağını yazıb.