Modern.az

Sarkisyanın partiyası Paşinyanla bağlı son qərarını verdi

Sarkisyanın partiyası Paşinyanla bağlı son qərarını verdi

8 May 2018, 11:00

Paşinyanı hakim partiyadan 12 deputata dəstəkləyəcək.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, etirazçıların lideri Nikol Paşinyanı hakim partiyadan biznesmen və milli azlıqlar dəstəkləyəcək.

 

Agentliyin hakim partiyadan olan informasiya mənbəyindən bildirilib ki, əgər sürprizlər olmasa Paşinyanı “Respublika” partiyasından 12 deputat dəstəkləyəcək.

 

“Paşinyanın baş nazir vəzifəsinə seçilməsini təmin etmək üçün partiya icra komitəsinin iclası, iş adamlarına və milli azlıqların nümayəndələrinə müxalifət namizədi üçün səs verməyi tapşırıb” – mənbədən bildirilib.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!