Ukrayna Müdafiə naziri Stepan Poltorak ölkənin silahlı qüvvələrinin Donbas əməliyyatlarında itkilərini açıqladı.
Modern.az xəbər verir ki, bu barədə o “Obozrevatel” nəşrinə müsahibəsi zamanı bildirib.
Onun sözlərinə görə ölkənin silahlı qüvvələrinin itkiləri 3,3 min nəfər təşkil edib.
“Silahlı Qüvvələr 3 332 nəfər itki verib. Onlardan 2 394 nəfər döyüş itkiləri, 938 nəfər isə qeyri-döyüş itkiləri olub” – Poltorak bildirib.
Qeyd edək ki, 2014-cü ildə dövlət çevrilişindən və prezident Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkənin şərqində rusdilli əhali kütləvi mitinqlərə və silahlı müqavimətə bağlayıb.
Əvəz ZEYNALOV