Ermənistanın “Respublika” partiyası müxalifəti təmsil edəcək.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə “Respublika” partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.
“Biz müxalifətə çəkilirik. Bundan sonra ideologiya və proqramlar sahəsində iş görəcəyik. Partiya üzvləri yeni hökumətə daxil olmayacaqlar” Şarmazanov bildirib.
Onun sözlərinə görə “Respublika” partiyası ideologiyalar və prinsiplər partiyasıdır. Bu partiya müxalifət olaraq yeni hökumətdə ola bilməz.
Şarmazanov həmçinin partiyalarının hədəfinin Ermənistan və qondarma Dağlıq Qarabağın təhlükəsizliyi və milli maraqların müdafiəsi olduğunu qeyd edib.
Əvəz ZEYNALOV