Modern.az

Netanyahu: “İran Suriyada təhlükəli silah yerləşdirir”

Netanyahu: “İran Suriyada təhlükəli silah yerləşdirir”

8 May 2018, 16:02

İran Suriyada çox təhlükəli silah yerləşdirmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahu Yunan Kiprinə səfəri zamanı bəyan edib.

 

O, həmçinin İranı onun ölkəsinə qarşı nifrətdə və onun məhvi haqda bəyanatlar verməkdə ittiham edib.

“Hazırda İran Suriyada bizi məhv etmək üçün çox güclü bir silah yerləşdirmək istəyir” – Netahyahu bildirib.

 

Qeyd edək ki, İsrail baş naziri Suriyanın daxili işlərinə qarışmamaq niyyətində olmadığını, lakin İrana da bu ölkədə hərbi baza yaratmağa imkan verməyəcəyini də bildirib.

 

Əvəz ZEYNALOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!