Avqustun 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıcı qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüş zamanı Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfir Hülusi Kılıc Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olnmuş hərbii attaşesi briqada generalı Yüçel Karaüzü müdafiə naziri Səfər Əbiyevə təqdim edib.
Modern.az