Modern.az

Ermənistanın müdafiə naziri istefa verdi

Ermənistanın müdafiə naziri istefa verdi

Dünya

8 May 2018, 21:50

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan tutduğu vəzifədən istefa verdiyini elan edib.

 

Modern.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Sarkisyan bu qərarını silahlı qüvvələrin şəxsi heyətinə və veteranlara etdiyi müraciətdə səsləndirib.

 

“Ölkədəki siyasi hadisələri nəzərə alaraq, ordu rəhbəri olaraq sizinlə vaxtından əvvəl vidalaşmağın vaxtı çatıb. Düzgün olan yol budur.

 

Nazir məsuliyyətli siyasi vəzifədir və nazirin işi yalnız onunla həmfikir olan insanların ətrafında effektiv olur”, - deyə Sarkisyan bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!