Tramp ABŞ-ın İranla bağlı nüvə sövdələşməsindən çıxdığını elan edib.
Modern.az xəbər verir ki, ABŞ mediasının yazdığına görə, Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı İranla nüvə sazişindən çıxacağını bəyan edib.
Qəzetin yazdığına görə, ABŞ prezidenti İrana qarşı ləğv olunmuş sanksiyaları bərpa etməyi və yenilərinin tətbiqini də nəzərdən keçirir.
Qeyd edək ki, Donald Trampın mayın 8-i saat 22:00-da ABŞ-ın 2015-ci ildə İranla "altılıq" ölkələri arasında imzalanmış Əhatəli Nüvə Razılaşmasından çıxacağını rəsmən açıqlayacağı gözlənilir.