Modern.az

İran prezidentindən ABŞ-ın nüvə sazişindən çıxmasına REAKSİYA

İran prezidentindən ABŞ-ın nüvə sazişindən çıxmasına REAKSİYA

Aktual

8 May 2018, 23:30

İran prezidenti Həsən Ruhani xalqa müraciətində ABŞ-ın nüvə sazişindən çıxmasına şad olduğunu bildirib.

 

Modern.az xarici mediaya  xəbər verir ki, dövlət başçısı Birləşmiş Ştatları problemli tərəfaş və öz öhdəliklərinə riayət etməyən ölkə adlandırıb.

 

"İran öz öhdəliklərinə əməl edən, ABŞ isə öhdəliklərinə heç zaman əməl etmək ölkədir", - deyə o bildirib.

 

"Nüvə sövdələşməsi beynəlxalq müqavilədir və ABŞ ondan çıxmamalı idi. ABŞ bununla göstərdi ki, onlar beynəlxalq sazişlər üzrə öhdəliklərə riayət etmirlər", - deyə Ruhani bildirib.

 

Prezident əlavə edib ki, Tehran öz müttəfiqləri ilə nüvə sazişi üzrə işini Vaşinqtonsuz davam etdirəcək. Onun sözlərinə görə, İranın XİN Rusiya, Çin və Avropa dövlətləri ilə məsləhətləşmələr aparacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza