Modern.az

ABŞ-ın dövlət katibi Şimali Koreyaya getdi

ABŞ-ın dövlət katibi Şimali Koreyaya getdi

9 May 2018, 09:04

ABŞ-ın dövlət katibi Maykl Pompeo Phenyana səfərə gəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət katibinin səfərinə səbəb ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüşünün təfərrüatlarını müzakirəsi olub.

 

Bundan əlavə, M.Pompeo Şimali Koreyada həbsdə olan 3 amerikalının azad edilməsini müzakirə edəcək.

"Reuters"in məlumatına əsasən, Maykl Pompeo Şimali Koreyaya Yaponiyadan gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza