Modern.az

Nevada ştatının qubernatoru AXC-nin 100 illiyi ilə əlaqədar bəyannamə imzaladı

Nevada ştatının qubernatoru AXC-nin 100 illiyi ilə əlaqədar bəyannamə imzaladı

9 May 2018, 10:13

ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzalayıb.

 

Bu barədə Modern.az-a Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan məlumat verilib.

 

Baş konsulluğa göndərilmiş təbrik bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edib və ən xoş arzularını çatdırıb.

 

Qeyd edək ki, bu, Nevada ştatının B.Sandoval tərəfindən Azərbaycana dair imzalanmış ilk bəyannamə deyil. Belə ki, qubernator hələ 2017-ci ildə Xocalı faciəsi ilə də bağlı bəyannamə imzalayaraq bu faciəni pisləmişdi.

 

Xatırladaq ki, Respublikaçılar Partiyasına mənsub olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza