Tripolidə Qəddafi tərəfdarları ilə müxalifət arasında döyüşlər yenidən başlanıb. Modern.az bildirir ki, bu barədə Frans-Press Agentliyi məlumat yayıb. Şəhərin cənub hissəsində eyni vaxtda fəal hərbi əməliyyatlar gedir. Tripolidə döyüşlərin getdiyini qiyamçılar da təsdiqləyib. “Əl-Cəzirə” telekanalına müsahibəsində üsyançıların nümayəndəsi etiraf edib ki, hökümət qüvvələri şəhərin beşdə birinə nəzarət edirlər.
Əvvəl yayılan məlumatda deyilirdi ki, üsyançılar hökümət kvartalı istisna olmaqla bütün Tripoliyə nəzarəti ələ keçiriblər. Diplomatik mənbələrdən “Franss-Press”ə bildiriblər ki, Müəmmər Qəddafi hələ də Tripolidə ətrafında döyüşlər gedən rezidensiyasındadır.