Modern.az

BAXCP-dən təklif - 18 oktyabr istirahət günü olsun

BAXCP-dən təklif - 18 oktyabr istirahət günü olsun

Təhsil

22 Avqust 2011, 13:11

Avqustun 22-də BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ölkədaxili ictimai-siyasi vəziyyət, beynəlxalq, regional proseslər müzakirə olunub.
Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünü yaşadığını vurğulayan BAXCP İdarə Heyəti bildirib ki, dövlətimizin müstəqilliyinin bərpası Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə mümkün olub. BAXCP İdarə Heyəti 18 oktyabr Müstəqillik Gününün istirahət günü kimi qeyd olunmasının vacibliyini önə çəkərək bu barədə Milli Məclisin növbəti sessiyasında qərar qəbul olunmasının vacibliyi barədə məsələ qaldırıb.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım