Modern.az

"ABŞ beynəlxalq təhlükəsizliyi risk altında qoyur" - İranlı spiker

"ABŞ beynəlxalq təhlükəsizliyi risk altında qoyur" - İranlı spiker

9 May 2018, 21:44

“İran ABŞ-ın qərarı ilə bağlı tədbirlərə başlamazdan öncə bir neçə həftə gözləyəcək”.

 

APA-nın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran parlamentinin sədri Əli Laricani deyib.

 

Ə. Laricaninin sözlərinə görə, bununla da İran dünyaya problemin sülh yolu ilə həllinə cəhd etdiyini sübut edəcək: "Bu addım ABŞ üçün utancvericidir. Trampın bu qərarına görə ABŞ-a dünyada inamsızlıq artıb. İran isə dialoqa üstünlük verdiyini və problemlərin həllində siyasi yollar axtardığını göstərdi".

 

İran parlamentinin sədri qeyd edib ki, ABŞ beynəlxalq təhlükəsizliyi riskə atır: “ Trampla güc işlədərək danışmaq daha yaxşı olar. Bu vəziyyətdə İran nüvə proqramı ilə bağlı əvvəlki mövqeyindən imtina etməyəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı