Modern.az

Qadın “Gənclik Mall”dan bahalı paltarlar OĞURLADI

Qadın “Gənclik Mall”dan bahalı paltarlar OĞURLADI

Aktual

10 May 2018, 11:39

“Gənclik Mall” ticarət mərkəzində oğurluq olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mağazaların birindən 536 manat dəyərində geyim əşyaları oğurlanıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza