11 ərəb ölkəsində aparılan sorğudan əldə edilən nətəcəyə əsasən, təxminən 30% ərəb ailəsi köməyə möhtacdır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sorğuda 18830 nəfər iştirak edib. Məlum olub ki, 46% ailə əsas ehtiyaclarını ödəyə bilir, 30%-i ödəyə bilmir, 24% ərəb isə başqalarının yardımı ilə həyatını davam edirlər.
Bundan ba.qa aparılan sorğuda ölkədə hakimiyyətə qarşı inqilab keçirməyin vacib olduğunu deyənlər 97% təşkil edib. Qalan 3% isə bunun cinayət olduğuna inanır.