Modern.az

Yevlaxda mənzildən külli miqdarda pul oğurlayan dəstə tutuldu

Yevlaxda mənzildən külli miqdarda pul oğurlayan dəstə tutuldu

Aktual

10 May 2018, 12:24

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini A.Süleymanovun evindən qızıl-zinət əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən qrup üzvləri saxlanılıblar.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Məhərrəm Aslanov və Vəfadar Pənəliyev olduqları müəyyən edilib.

 

Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların aprelin 30-da digər həmyerliləri Rəşad Cabbarovla birgə şəhər ərazisindəki başqa bir evdə seyfdən 32000 ABŞ dolları pul və 18645 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

 

Görülmüş tədbirlərlə qrupun digər üzvü - R.Cabbarov da saxlanılıb.

Polis əməkdaşları tərəfindən 10000 ABŞ dolları və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza