Modern.az

Ulduzlar insan alverinə qarşı

Ulduzlar insan alverinə qarşı

Təhsil

22 Avqust 2011, 14:51

23 avqust İnsan Alveri Qurbanlarının Beynəlxalq anım günüdür.  Bu gün dünyanın bir zox ölkələrində qeyd edilir. İnsan Alveri Qurbanlarının Beynəlxalq anım günü Azərbaycanda ilk dəfə 2010-cu ildə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən  keçirilib.

23 avqust  2011 ci il tarixdə  saat 16-da  “Park Bulvar”da ( 3 cü mərtəbə)  insan alveri qurbanlarının anım günü ikinci dəfə yad ediləcək. Tədbirdə, beynəlxalq təşkilatlar və səfirliklərin nümayəndələri, millət vəkilləri, DIN-in İnsan alverinə qarşı Mübarizə İdarəsinin rəsmiləri, iş adamları eləcə də, tanınmış incəsənət xadimləri iştirak edəcək. Kampaniyanın gedişatında rəsmilərin çıxışları ilə yanaşı, insan alveri cinayətinə qarşı  və insan alveri qurbanlarına dəstək məqsədilə mesajlar səslənəcək. Bu mesajları, istənilən şəxs səsləndirə bilər. Eyni zamanda  tədbir iştirakçıları ilə, ələlxüsus  da incəsənət xadimləri ilə birgə fotosessiyalar təşkil ediləcək, onlar tərəfindən aftoqroflar veriləcək.

Tədbirə, tanınmış incəsənət xadimləri Ədalət Şükürov, Röya, Rəhim Rəhimli, Faiq Arayev, Xatirə, Samira, Ülvi Qılıncla yanaşı, tanınmış aparıcılar Murad Dadaşov, Nərıiz Cəlilova da dəstək verəcək.

Tədbirdə insan alverinə həsr edilmiş iki məşhur filmin diskləri paylanacaq.
Tədbirdən sonra, bütün səslənmiş mesajlar və fotolar topalanaraq, kitab şəklində çap ediləcək.

Kampaniyanın iki elementi, mavi ürək və mavi lent mövcuddur.

Kampaniya Amerika hökumətinin İnsan alverinə qarşı mübarizə idarəsi və Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıra qarşı Mübarizə ofisi tərəfindən tanınıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım