Modern.az

Şimali Koreya amerikalı əsirləri azad etdi

Şimali Koreya amerikalı əsirləri azad etdi

Dünya

10 May 2018, 13:31

ABŞ prezidenti Donald Trampın tələbi ilə Şimali Koreya amerikalı əsirləri sərbəst buraxıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Şimali Koreya ilə danışıqların davam etdirilməsi üçün amerikalı 3 əsirin sərbəst buraxılmasını şərt olaraq irəli sürmüşdü. Şimali Koreya bu tələbi qəbul edərək əsirləri azadlığa buraxıb.

 

Məlumatda qeyd olunur ki, bu gün səhər ABŞ-a çatan əsirləri Tramp şəxsən özü qarşılayıb. Üçünün də səhhətinin qaydasında olduğu bildirilir. Şimali Koreya prezidenti Kim Jonq Unun bu şərti qəbul etməsi isə Trampın diplomatik qələbəsi kimi şərh olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır