Modern.az

“Qaçqınkom”da yeni təyinatlar - Rövşən Rzayev iki nəfərə vəzifə verdi

“Qaçqınkom”da yeni təyinatlar - Rövşən Rzayev iki nəfərə vəzifə verdi

Aktual

10 May 2018, 14:33

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.

Modern.az saytı xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayevin müvafiq əmrləri ilə Rasim Tağızadə Mənzil İstismar Departametinin direktoru, Natiq Hüseynov isə Repatriasiya Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Adları çəkilən departamentlərə yeni təyinat almış direktorların adı Dövlət Komitəsinin saytında da qeyd edilib.

Xatırladaq ki, Rövşən Rzayev Dövlət Komitəsinin rəhbərliyinə gələndən sonra Mənzil İstismar Departametinin direktoru Akif Mirzəyev və Repatriasiya Departamentinin direktoru Elman İsmayılov işdən çıxarılıblar. İşdən çıxarılanların adları "qara işlər"də hallandırılır.




Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza