Modern.az

Azad Rəhimov Güləş Federasiyasına yeni 1-ci vitse-prezident gətirdi  

Azad Rəhimov Güləş Federasiyasına yeni 1-ci vitse-prezident gətirdi   

Aktual

10 May 2018, 14:43

Bu gün Gənclər və İdman Nazirliyində Güləş Federasiyasının seçki konfransı keçirilib.

Modern.az xəbər verir ki, nazir Azad Rəhimov son dönəmlərdə güləşçilərimizin mötəbər beynəlxalq turnirlərdə qazandıqları qələbərlərdən söz açaraq, son Avropa çempionatından yüksək qələbə, ümumilikdə  18 medal ilə vətənə qayıdan idmançılarımıza təşəkkür edib, onlarla qürur hissi duyduğunu bildirib.

Azad Rəhimov çıxışında deyib: “Federasiyada yaşanan problemlərə baxmayaraq, idmançılarımızın uğurlu qələbələri  işlərin düzgün şəkildə qurulduğunun əyani göstəricisi oldu. Növbəti sınaq, Argentinada keçiriləcək gənclərin Olimpiya oyunları olacaq ki, bu istiqamətdə də uğurlu nəticələrin  olacağına ümid edirik”.


Daha sonra nazir Azad Rəhimov Namiq Əliyevin yenidən güləş federasiyasına dəvət olunduğunu və 1-ci vitse-prezident vəzifəsində çalışacağını diqqətə çatdırıb. Bununla yanaşı, Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti postunda  çalışacağını əlavə edib.

Azad Rəhimov qeyd edib:  “Namiq Əliyev güləş aləmində kifayət qədər tanınan və güləşimizin inkişafına öz töhfələrini vermiş insandır. Onun yenidən federasiyaya dönüşü hər kəs tərəfindən çox müsbət qiymətləndirilib. Firdovsi Umudov komandamızın daim vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan insandır. Əminəm ki, federasiyanın vitse prezidenti və milli komandanın baş məşqçisi olaraq bundan sonra da zəhmətini əsirgəməyəcək”.

Nazir çıxışının sonunda federasiyaya məşqlərin daha yüksək səviyyədə aparılması üçün bölgələrdə fəaliyyət göstərən OİK-dən istifadə edilməsini, bununla yanaşı, idmançıların sağlam rəqabətdə qalib gəlmələri üçün AMADA ilə sıx çalışmalarını məsləhət görub.

Güləş federasiyaını 1-ci vitse-prezidenti Namiq Əliyev, milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti Firdovsi Umudov və  vitse prezident Elcin Cəfərov gənclər və idman naziriyinə daim göstərilən dəstək üçün təşəkkürlərini bildirib, qarşıda, Argentinada keçiriləcək gənclərin Olimpiya oyunları və iki ildən sonra  Tokyoda gerçəkləşəcək Olimipiya Oyunlarına da xüsusi hazırlaşacaqlarına söz veriblər.

 
Xatırladaq ki, birinci vitse-prezident təyin edilən Namiq Əliyev vergilər nazirinin sabiq müavinidir. Onun sabiq vergilər naziri Fazil Məmmədovla quda olduğu bildirilir.

Yeri gəlmişkən, Güləş Federasiyasının hazırki prezidenti Fazil Məmmədovdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza