Modern.az

Elçibəy havası... - VIDEO

Elçibəy havası...  - VIDEO

Ölkə

24 İyun 2011, 13:18

Azərbaycan Milli Azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin doğum gündür.

Milli Azadlıq hərəkatının iştirakçıları və ictimaiyyət nümayəndələri hərəkatın lideri, eks-prezident Əbülfəz Elçibəyi yad edirlər.

Modern.az bildirir ki, sosial şəbəkələrdə, mətbuatda mərhum eks-prezidentliderin Azərbaycan tarixindəki rolu, dövlət müstəqilliyimizin qazanmasındakı xidməti, siyasi və ideoloji fəaliyyəti təqdim olunur.

Azərbaycanın ikinci prezidenti olan mərhum Əbülfəz Elçibəy 1992-1993-cü ilərdə ölkəyə rəhbərlik edib. 1993-cü ildə ölkədə yaranmış hərbi qiyam nəticəsində vəzifəsini tərk edərək Naxçıvana gedib. 1997-ci ildə Bakıya qayıdan Elçibəy  “vətəndaş sülhü” ideyasını təklif edib. 2000-ci ilin avqustunda müalicə olunduğu Türkiyə xəstəxanasında həyata göz yumub.

Aşağıdakı videoda Elçibəyin məmuniyyətlə oynadığı hava çalınır... "Elçibəy havası"....

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər