Honkonq polisi Van Çay mərkəzi rayonunda yerləşən küçə sakinlərini təxliyə edib.
Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.
Buna səbəb İkinci Dünya müharibəsindən qalma bombanın tapılması olub.
Bu bomba il ərzində Honkonqda tapılan artıq 3-cü bombadır. Bombanın İkinci Dünya müharibəsinin sonunda ABŞ tərəfindən atıldığı güman olunur.