İyulun əvələrindən “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin sədri Anar Xəlilov Avropanın bir neçə şəhərlərində gənclərlə bağlı tədbirlətdə iştirak edib.
Bu barədə Modern.az-a məlumat verən Anar Xəlilov bildirib ki, ilk səfər iyulun əvvəlində Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin dəstəyi ilə Avropa Müsəlman Gənclər Forumu və FEMYSO təşkilatının dəvəti ilə gerçəkləşib.
“Bu tədbirdə Dünya Gənclər Bankının Regional Ofisinin rəhbəri Vüsalə Hüseynova və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının adından “Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyin sədri olaraq mən iştirak edirdim”.
Anar Xəlilov bildirib ki, Azərbaycandan FEMYSO-nun tədbirinə qatılan ilk azərbaycanlı onlar olub.
“Tədbir Avropa Parlamentində keçirildi və orda Avropa Parlamentin deputatları ilə görüşlər təşkil olundu. Eyni zamanda Avropada yaşayan müsəlmanlar, dini tolirantlılıq, dini dözümlülük, dinlərarası dialoq və s. bu səpkidə mözulardan söhbət aparıldı. Əsasən Türkiyədən gələn gənclər təşkilatının sədri və Avropada fəaliyyət göstərən türk təşkilatları bizə çox böyük dəstək oldular”.
A.Xəlilov qeyd edib ki, onlar tədbirdə Dağlıq Qarabağ məsələsini qaldırıb və öz fikirlərini qəti şəkildə bildiriblər: “Hər bir beynəlxalq tədbirin proqramı olur, o qabaqcadan tədbir iştrakçılarına göndərilir və heç vaxt proqramdan kənar heç bir şey daxil edilmir. Çox maraqlıdır ki, bizim orda Dağlıq Qarabağ məsələsini qaldırmağımızı etirazla qaşılayanlar da oldu. Təşkilatımızın Qarabağ abidələri ilə bağlı üç dildə hazırladığı kitabları, diskləri də özümüzlə aparmışdıq. Onları payladıq və təkid elədik ki, Dağlıq Qarbağla bağlı qısametrajlı filimimiz göstərilsin. Bu film Heydər Əliyev Fondu tərəfindən hazırlanmış çox dəyərli bir film idi. Və o zaman biz şahidi olduq ki, Türkiyədən gələn türklərdən başqa, bir çox ərəb ölkələrindən olan gənclər Dağlıq Qarabağ problemindən xəbərsizdilər”.
Anar Xəlilov filmin nümayişindən sonra geniş müzakirələrin getdiyini bildirib. O həmçinin qeyd edib ki, onlar belə bir tədbirin gələn il Bakıda keçirilməsi üçün rəhbərliklə danışıqlar aparırlar:
“Əgər biz buna nail olsaq, böyük bir iş görmüş olarıq. Bu işə GTMŞ sədri, millət vəkili Fuad Muradov da böyük kömək göstərir və hesab edirəm ki, gələn il tədbirin Bakıda keçirilməsi baş tutacaq”.
Daha sonra Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı üzrə Varşavada gənclərin samittində iştirak etdiklərini deyən birliyin sədri orada iştirak edən ölkələrin təşkilatlarının nümayənədələri ilə fərdi söhbətlər etdiklərini və bunun əsasında onlarla əlaqə qura bildiklərini vurğulayıb: “Sonra bizim Moskovaya səfərimiz oldu. Rusiyadan olan bir dostum Moskvanın Tarix Diyarşunaslıq Müzeyində maraqlı bir xəritənin olduğunu demişdi. 1866-ci ilə aid olan bu xəritə Azərbaycanın şimal hissəsinin Rusiyanın işğal etməsindən 38 il sonra çəkilmişdi. Xəritədə quberniyalar aydınlığı ilə qeyd edilib və orda Zəngəzur və Dağlıq Qarabağ Gəncə və Bakı quberniyasının ərazisi kimi göstərilib”.
Xəritənin çox mətləbdən xəbər verdiyini vurğulayan A.Xəlilov onun bir eksponat kimi müzeydən götürülmədiyini də qeyd edib: “Xəritənin indiyə qədər orda qalma səbəbi çox maraqlıdır. Maraqlıdır ki, erməni diasporu indiyə qədər onu ordan götürməyüb. Amma bütün bunlara baxmayaraq həqiqəti gizlətmək mümkün deyil. Mən o xəritəni görəndə elə bil qızıl tapmışdım. Çox sevinirdim ki, Rusiya kimi böyük bir dövlətdə, paytaxt Moskvada, ölkənin ən böyük müzeyində 1866-cı ildə çəkilmiş xəritədə tam olaraq Azərbaycan ərazisi öz ərazimiz kimi görsədilib. Hətta Göyçə gölü belə Gəncə (Yelizavetpol) quberniyasının ərazisinin içərisində görsədilib. Mən inanıram ki, bu açıqlamamdan sonra Azərbaycanın Tarix İnistitutu bununla maraqlanacaq.
Daha bir maraqlı eksponat Gurcüstandan tapılmış və üzərində bizim “Alban xaçı” kimi tanidığımız əslində qədim Turk işarəsi olan qab oldu. Həmin qablardan və üzərində eyni işarələrdən olan tapıntılar Gəncəbasar ərazilərindən də tapılıb və hal hazırda Gəncə muzeyində saxlanılır. Mənim açıqlamam Gürcüstana ərazi iddiası kimi başa düşülməsin, sadəcə uyğunluğu qeyd etmək istədim”.
Mail AĞAXANOV