“Brent” markalı neftin 1 bareli 100 dollara satıla bilər. Modern.az xəbər verir ki. Bu barədə "Bank of America"-nın analitikləri açıqlama veriblər.
Onların fikrincə, tələblə təklif arasında yaranacaq qeyri-bərabərlik dünya bazarında neftə olan ehtiyacı artıracaq.
“2018-ci ildə neftə olan ehtiyac sutkada 630 min barel, 2019-cu ildə isə 300 min barelə çatacaq. Buna Venesuelada neft sənayesində yaranmış problemlər, Rusiya və OPEK arasında neft hasilatının azaldılması barədə razılaşma və İrandan neft ixracının azalması səbəb ola bilər”.
"Bank of America" belə situasiyada neftin 2019-cu ilin ikinci yarısında 90 dollara, sonradan isə 100 dollara çatmasını proqnozlaşdırır.