Modern.az

Azərbaycanda xarici donarlara qarşı kampaniyaya start verildi

Azərbaycanda xarici donarlara qarşı kampaniyaya start verildi

22 Avqust 2011, 17:16

Avqustun 22-də QHT Əməkdaşlıq Alyansı Şurasının toplantısı keçirilib. Şuranın mətbuat xidmətindən “Media forum”a verilən məlumata görə, toplantıda alyansın fəaliyyət proqramı müzakirə olunub.

Bundan başqa, xarici donorların QHT-lərin maliyyələşməsində ayri-seçkiliyə yol verməsi məsələsinə toxunulub, qərara alınıb ki, bu istiqamətdə müsbət dəyişikliklərə nail olana qədər alyans monitorinqlər və ictimai qınaq kampaniyaları həyata keçirsin. Toplantıda həmçinin QHT-lərin maliyyələşdirilməsində dövlətin payının artırılması, özəl sektorun vətəndaş cəmiyyətinin maliyyələşməsinə cəlb olunması, QHT Evinin yaradılması və digər məsələlər müzakirə edilib.

QHT Əməkdaşlıq Alyansına “REGİON” Beynəlxalq Analitik Mərkəz, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Azərbaycan Media Mərkəzi, Demokratik Jurnalistlər Liqası, Qadınlar Arasında Həmrəylik, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi, Azad İstehlakçılar, İqtisadi İnnovasiya Mərkəzi, Rəqəmsal İnkişaf , “Aydın Səma və Kimsəsiz Uşalara Qayğı Cəmiyyəti”, Regional İnsan hüquqları və Ekologiya Müdafiə Mərkəzi, Təhlükəsiz Yollar, “Media və Mülki Cəmiyyət”, “Himayədar” Humanitar Tərəqqi, Qafqaz Media Tədqiqatlar Mərkəzi ictimai birlikləri, ELS Müstəqil Araşdırmalar Mərkəzi və sair qurumlar daxildir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal