Modern.az

“Hesablama Palatasının üzvlərinin maaşları deputatların əməkhaqqından artıq olmamalıdır” – ETİRAZ

“Hesablama Palatasının üzvlərinin maaşları deputatların əməkhaqqından artıq olmamalıdır” – ETİRAZ

Aktual

11 May 2018, 11:46

“Söhbət yüz, iki yüz manatdan getmir, amma Hesablama Palatasıbnın üzvlərinin maaşları millət vəkillərinin əməkhaqlarından artıq olmamalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçriilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

 

O qeyd edib ki, millət vəkillərinin maaşları məsələsi əsaslı-əsassız şəkildə son zamanlar gündəmi zəbt edib. “Bu məsələ ətrafında hələ də müzakirələr, söz -söhbətlər davam edir. Amma hesab edirəm ki, bu məsələdə də ədalətsizliyə yol vermək olmaz.

 

Eyni zamanda hesab edirəm ki, Hesablama Palatası üzvlərinin maaşları millət vəkillərinin əməkhaqlarından artıq olmamalıdır və ola da bilməz. Necə olur ki, Hesablama Palatası Milli Məclisin qurumu olduğu halda, amma onun üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıqdır? Bu, düzgün deyil. Burada da söhbət yüz, iki yüz manatdan getmir, məsələyə ədalətli yanaşmadan gedir”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər