Modern.az

ABŞ-ın Ankaradan İranla bağlı yeni gözləntisi

ABŞ-ın Ankaradan İranla bağlı yeni gözləntisi

Aktual

11 May 2018, 12:20

ABŞ Türkiyənin İrana yatırdığı investisiyaların azaltmasını istəyir.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə tərəfi ABŞ-ın İran ilə imzaladığı nüvə müqaviləsini ləğv etməsini səhv addım adlandırıb.

 

ABŞ isə buna cavab olaraq Ankara və Tehran arasındakı münasibətləri “ təsir edərək və həvəsləndirərək” azaltmaq niyyətindədir.

 

ABŞ Xarici İşlər Nazirliyinin Yaxın Şərq üzrə müavini Endryu Pik, ABŞ Prezidenti Trampın qərarını və bundan sonra atacaqları addımları jurnalistlərlə bölüşüb. O bildirib ki, Avropa ölkələri başda olmaqla bir çox dövlət İrana qarşı atılan addımı bəyənmir. Ancaq ABŞ hədəfinə çatmaq üçün əlindən gələni edəcək.

 

Pik bu ölkələrin İranla münasibətində  investisiyaları azaldacaqlarından əmin olduğunu bildirib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır