Yay aylarında dəniz sahilində istirahət etmək çox insanın arzusudur. Yay aylarının gəlməsini gözləyən və bu günləri daha fərqli keçirmək istəyənlər yollarını bir-birindən gözəl təbiətə malik dəniz sahillərindəb sala bilərlər.
Modern.az dünyanın ən füsunkar təbiəti olan dəniz sahillərini təqdim edir:
Honokolani Sahili, Havay Adaları
Qapqara torpağı, təmiz, çirklənməyən suyu olan Honokolani sahilinin ətrafı meşəyə bənzəyir. Ətrafda dəniz mağaraları var. Füsunkar gözəlliyi ilə insanların daim getmək istəyəcəyi yerlərdən biridir.
El Nido, Filippin
Təxminən 50 ədəd sahildən ibarətdir. Sahillər nadir görə biləcəyimiz ağ torpaqla örtülüdür. Bu, dənizi okean sularından da daha təmiz və mavi rəngdə göstərir.
Reduit Sahili, Lusia
Göyərçin Adası Milli Parkının cənubuna 10 dəqiqə məsafədə yerləşir. Sahildə olarkən özünüzü tamamilə başqa bir dünyada hiss edəcəksiniz. Yelkənli sörfinq və başqa əyləncəli yarışlar oynamaq mümkündür. Sahildən villalara, istirahət mərkəzlərinə məsafə uzaqdır, ancaq rahatlığı və yaşatdığı duyğu insanları bütün stres və əsəbdən uzaqlaşdırmağa kifayətdir.
Palma sahili, Aruba
Adanın şimal- qərb sahilində yerləşən 3 kilometr uzunluğu olan sahildə gecə və gündüz məşğul olmaq üçün hər şey düşünülüb. Bütün günü dənizdə üzmək, sörfinqlə məşğul olmaq və başqa əyləncəli oyunlar oynamaq olar. Gecə isə btün yorğunluğu atmaq üçün restoranlar, gecə klubları fəaliyyət göstərir.
Matira Sahili, Taiti
Ağ qumlarla örtülüdür, 1,5 kilometr uzunluğundadır. Sahilin arxasındakı palmalar pərdə kimi maraqlı mənzərə yaradır.
Trank Bey, Virciniya adası
Virciniya Adaları Milli Parkının şimal-qərbində yerləşir. Ən gözəl görünüşə malik sahillərdən hesab olunur. Suyun 200 metr dərinliyinə səyahət etmək mümkündür. Adrenalin sevənlər üçün mükəmməl yerdir. Sahildə yaşıllıqlarla əhatə olunmuş ərazidə gəzmək maraqlı olar.Ancaq səyahətə çıxarkən bir yol göstərən rəhbər ilə getməlisiniz.
Batşeba sahili, Barbados
Sıldırımlı əraziyə malikdir.Dalğaların güclü olması səbəbilə üzmək mümkün deyil, amma sörfinqlə məşğul olmaq, heyrətamiz şəkillər əldə etmək üçün ideal ərazidir.
Dreamland Sahili
1970-ci ildə kəşf edilib. Sörfinqlər üçün əvəzedilməz yerdir.