Modern.az

Qubada heyvan oğruları TUTULDU

Qubada heyvan oğruları TUTULDU

Aktual

11 May 2018, 14:41

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Səbətlər kənd sakini Məcid Hacıyevin həyətindən 8 baş xırda buynuzlu heyvanlarını oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla onların Bakı şəhər sakini Asif Vəliyev və Quba rayon sakini Amil Əmirov olduqları müəyyən edilib.

 

Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, bu iki şəxs mayın 1-də həmin kənddə Əmirxan Əmirovun həyətindəki tövlədən 1 baş inəyi oğurlamaları da müəyyən edilib.

Dindirilmə zamanı A.Vəliyev və A.Əmirov törətdikləri cinayəti etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhərində yerləşən mal bazarında dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

 

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza