Modern.az

“Qalatasaray”la bağlı qərar VERİLDİ

“Qalatasaray”la bağlı qərar VERİLDİ

Aktual

11 May 2018, 19:14
UEFA "Qalatasaray”ı cəzalandırmayacaq. 
 Modern.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu "sarı-qırmızılılar”ın prezidenti Mustafa Cengiz deyib. 
 
O bildirib ki, komandanın gələn mövsüm avrokuboklarda iştirakında hər hansı bir problem olmayacaq: "UEFA-dan xəbər aldım. Avrokuboklara qatılmağımıza əngəl törədilməyəcək. Yəni avrokuboklardan kənarlaşdırılma cəzası almayacağıq. Yaxın günlərdə Cenevrəyə gedib bir müqavilə imzalayacam. UEFA-nın bizdən bəzi tələbləri olacaq. Bu tələblərə əməl etməklə avrokuboklara qatılacağıq”. 
 
Qeyd edək ki, "Qalatasaray” Superliqada sona 2 tur qalmış turnir cədvəlinə başçılıq edir.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza