Modern.az

Yerevanda etirazçılar avtomobil yolunu bağlayıb

Yerevanda etirazçılar avtomobil yolunu bağlayıb

Aktual

11 May 2018, 22:21

 

 Yerevanda etirazçılar Arşakunyas prospektini bağlayıb.

Modern.az  xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Məlumata görə, etiraza səbəb Şenqavit məhkəməsinin “Sasna tsrer” silahlı qruplaşmasının üzvləri ilə bağlı çıxardığı qərar olub.

Hakim onlara qarşı qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Etirazçılar qruplaşma üzvlərinin sərbəst buraxılmasını tələb edir.

Xatırladaq ki, 2016-cı ilin iyul ayında adı çəkilən qruplaşma Yerevanda post-patrul xidmətinin bölməsini ələ keçirmiş və binanı iki həftə ərzində öz nəzarətlərində saxlamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza