Modern.az

Əli Abbasov iki nazirlə razılığa gəldi

Əli Abbasov iki nazirlə razılığa gəldi

Təhsil

23 Avqust 2011, 09:04

Avqustun 22-də Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Ankara şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində nazir Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları ilə birlikdə mərhum dövlət başçısı Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib.

Ankaradakı səfirliyimizdən Modern.az-a bildirilib ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziriliyinin təşəbbüsü ilə təşkil olunmuş “İdarəetmə və optimizasiyanın sənayedə tətbiqi” adlı beynəlxalq konfranslar seriyasının 3-cüsü Türkiyənin nüfuzlu universitetlərindən biri olan Bilkent Universitetində təşkil olunub. Sözügedən konfransda açılış nitqini nazir Əli Abbasov söyləyib.

Tədbirdən sonra nazir Ə.Abbasov Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergün ilə görüşüb. Görüş zamanı Türkiyənin yeni təşkil olunmuş nazirliyi ilə tanışlıq olub, gələcək fəaliyyət sahələri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Daha sonra Əli Abbasov, Türkiyə Respublikasının nəqliyyat naziri Binəli Yıldırım ilə görüşüb. Nazirlər qarşılıqlı olaraq iki dost və qardaş ölkə əlaqələri haqqında xoş və səmimi ifadələrinin bəyanı ilə yanaşı, fəaliyyət göstərdikləri sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları üzərində fikir mübadiləsi aparıb, birgə fəaliyyətin əhəmiyyəti xüsusunda razılığa gəliblər.

Modern.az               

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım