Modern.az

ABŞ-da şagird oxuduğu məktəbə silahla hücum etdi

ABŞ-da şagird oxuduğu məktəbə silahla hücum etdi

Aktual

11 May 2018, 22:38

ABŞ-ın Kaliforniya ştatındakı Palmdeyl bölgəsində yerləşən bir məktəbə silahlı hücum olub.

 

Modern.az xəbər verir ki, naməlum şəxs məktəbdə ətrafa atəş açıb.

 

Hücum nəticəsində 1 şagirdin yaralandığı bildirilib.

 

Dərhal hadisə yerinə polislər cəlb edilib. Məktəb qısa zamanda boşaldılıb.

 

Polisin əməliyyatı nəticəsində silahlı şəxs saxlanılıb. Məlum olub ki, o, məktəbdə oxuyan 14 yaşlı bir şagirddir. Həmin şəxs polis idarəsinə aparılıb. (qafqazinfo.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza