Modern.az

3 nəfəri rüsvayedici məlumatlarla hədələyən TUTULDU

3 nəfəri rüsvayedici məlumatlarla hədələyən TUTULDU

Aktual

12 May 2018, 12:08

Mayın 11-də Zərdab rayon sakinləri F.M, B.F və A.Q Rayon Polis Şöbəsinə müraciət edərək cari ilin aprel ayında Çallı kənd sakini Qənimət Məmmədovun onlar barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsini bildiriblər.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Məmmədov saxlanılıb.

 

Faktla bağlı RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza