Modern.az

Ukrayna Mariya Zaxarovanı yalan danışmaqda SUÇLADI

Ukrayna Mariya Zaxarovanı yalan danışmaqda SUÇLADI

Aktual

12 May 2018, 12:44

“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın rus diplomatına qarşı təhdidlərlə bağlı bəyanatı həqiqətə uyğun deyil”.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Maryana Betsa bəyanat verib.

 

Xatırladaq ki, Zaxarova Donbasda döyüşən Ukraynalı qazilərin BMT Baş Assambleyasının qərargahında təşkilatın məlumat komitəsinin işində iştirak edən rus diplomatını təhdid etdikləri ilə bağlı bəyanat verib.

Onun iddialarına görə qazilər kamuflyajda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsinə yaxınlaşaraq onu fiziki zorakılıq tətbiq etməklə təhdid ediblər.

 

“Rusiya rəsmilərinin dezinformasiya yayımlamasının parlaq nümunəsi” – Betsa öz “Twitter” səhifəsində bildirib.

 

Əvəz ZEYNALOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza