Modern.az

Siyasi dələduzluğun sonu…

Siyasi dələduzluğun sonu…

Aktual

12 May 2018, 16:43

Yox, dələduz elə belə də qəbrə gedəcək. Dələduzluğun sonu yoxdur. Yəni “moşennik”lərdən söhbət gedir. Onları əvvəl-əvvəl tanımaq olmur, bir az zaman, bir az da səbr. Amma bəlkə də İlya İlf və Yevgeni Petrov Ostap Bender adıyla dələduz obrazını yaradıb, bədiiləşdirib, məşhurlaşdırmasaydı, uzun bir zamana ehtiyac yaranardı.

 

Emin Hüseynov bəy (istefa verənlər belə də yazır, məhz irroniya ilə), Azər Kazımzadə və Eltac Mirzəyev kimilərinin pul qazanmaq oyunlarını bəlkə də bu qədər dərinliyi ilə başa düşməzdik. Bənzətmə, yaxud eyniliyə baxın.

 

Klassik Ostap Bender obrazının xarakteristikasına diqqət yetirəndə bu günkü Azər-Eltacı görməmək sadəcə diqqətsizlikdir.Qarışıqlıqlar dövründə o, yəni Ostap müxtəlif, guya nisbətən “düzgün” yollarla pul qazanırmış.

 

Şəkil çəkməyi bilmədiyi halda rəssam kimi işə düzəlir, dövlət müəssislərində yanğın müffətişi adı ilə yoxlamalar aparır və sairə. Müasir Ostapları görə bildinizmi? Televiziyadan və televiziyaçılıqdan xəbəri olmayan Hüseynov bəy televiziya açır, savadsızlıqlarından adi danışıq qabiliyyətləri olmayan Azər-Eltac (özləri də etiraf edirlər ki, Xədicə onlara çoxlu kitab oxumağı tövsiyə edib) cütlüyü veriliş aparır, camaata siyasi dərs keçir, “sem dədələrinin” konspektini əzbərləyib bizlərə yol göstərir.

 

Ostap kimisinin dələduzluğu bəlkə də sosial-məişət zəminində olduğundan onun pul qazanmaq  vasitələri mənəvi-etik zərbə təsiri bağışlamır. Bizim  dələduzların abırsızlığına baxın ki, “öz ayıblarına kor olmaq”əvəzinə millətə yol göstərib, siyasət cızmaq hədsizliyinə gedirlər, nə isə... Seçki qurtardı “sem dədə” pul kisəsini bağladı və Hüseynov bəyin, Azər-Eltac cütlüyünün bu dələduzluq kampaniyası başa çatdı.

 

Pul qurtardı siyasət də qurtardı. Hüseynov bəy gör İsveçrədə “Şvedski peraşki” bişirib ixrac etmək istəyən varsa, Azər-Eltacı pulsuz qoyma. Göndər Həbəşistana, nə olsun ki, “peraski”dən başları çıxmır, pula görə nə desən edəcəklər. Həbəşistanlılar“peraşki”dən doyandan sonra baxarsan da... Dələduzluğun da sərhədi və sonu yoxdur.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza