Modern.az

Tiflisdə bir gecədə 70 nəfər TUTULDU - əməliyyatın TƏFƏRRÜATLARI

Tiflisdə bir gecədə 70 nəfər TUTULDU - əməliyyatın TƏFƏRRÜATLARI

Aktual

12 May 2018, 16:50

Mayın 12-si gecə saatlarında Gürcüstanın paytaxtı Tiflisdə gecə klublarında keçirilən reydlərdə saxlanılan şəxslərin sayı açıqlandı.

 

Modern.az “Rustavi 2” kanalına istinadən xəbər verir ki, məlumata görə klublarda ümumi olaraq 70 nəfər saxlanılıb.

 

Bununla yanaşı Gürcüstan Daxili İşlər Nazirliyindən bütün inzibati qayda pozuntularına görə saxlanılmış şəxslərin buraxıldığı bildirilib.

Gürcüstan Daxili İşlər Nazirliyi 3 ay ərzində “Basiani” və “Qalereya” gecə klublarında narkotik maddələrin qanunsuz satışı ilə bağlı araşdırma aparıb.

Mayın 12-si isə məhkəmənin qərarı ilə bu klublara reydlər təşkil edib.

 

Reydlər nəticəsində saxlanılan şəxslərdən əlavə qalan şəxslər klublardan çıxarılıb. Nəticədə klubda hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı yalnız jurnalistlər qalıb.

Saxlanılan şəxslər narkotik maddələrin qeyri-qanuni satışında ittiham ediliblər.

 

Qeyd edək ki, klublarda keçirilən reydlərdən sonra insanlar parlament binasının qarşısına toplaşaraq etiraz ediblər. Nəticədə etirazçılarla polis arasında toqquşmalar baş verib və hadisə yerinə əlavə qüvvələr gətirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza