ABŞ başda olmaqla beynəlxalq koalisiyanın təyyarələri Suriyanın Əl-Hasak kəndini gün ərzində iki dəfə bombardman edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iki bombardman nəticəsində azı 17 dinc sakin həlak olub.
Suriyanın dövlət televiziyası məlumat verir ki, aviazərbələr Əl-Hamadi kəndinə də endirilib.
Rusiya XİN bəyan edib ki, koalisiya aviazərbələri BMT Təhlükəsizlik Şurasının qətnamələri və rəsmi Dəməşqlə razılıq olmadan endirir.